Dünyanı ağuşuna alan təhlükə: Koronavirusdan necə qorunaq? - HƏKİM İZAHI

Çində koronavirusdan ölənlərin sayı durmadan artır. Virusdan ölənlərin sayının 80-ə, virusa yoluxanların sayının isə 2744-ə çatıb. Bununla yanaşı xəstəlik ölkə çərçivəsindən kənara çıxıb. Virusa yoluxma halları ABŞ, Fransa, Tailand və Avstraliyada rəsmən təsdiq olunub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, koronaviruslar ilk dəfə 1960-cı ildə ümumi soyuqdəyməyə yoluxanların burun boşluğunda aşkar edilib. 

Professorun sözlərinə görə, virus infeksion-bronxiti xəstəlik olub:

“Daha sonra müxtəlif insanlarda virusun ayrı-ayrı növləri aşkar edilib. Məsələn, sars və mers infeksiyası da bu virusun növləridir. Yəni, hər virusun öz ştampı olub və onların da müxtəlif adları mövcuddur. 2019-cu ilin dekrabrın 31-də koronavirusun yeni bir forması, “2019 N koronovirus” aşkar edilib. Bu, Çin Respublikasının Uhan vilayətində yayılıb. 2020-ci ildə virusa 2 mindən çox xəstə yoluxub, onlardan 80-i dünyasını dəyişib. Güman edirlər ki, virus mutant edilmiş varinatda heyvandan insana keçib və hava-damcı yolu ilə yayılır. Hazırda virusun ştampı “2019 N koronovirus”dur. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu cür adlandırılıb və təşkilatın predmetindədir”. 



Adil Qeybulla: ““Ölkə daxilində əhali ilə izahatlar aparılmalı, xəstələndikləri halda necə qorunmalı və ən əsası sərhəd keçid zonalarında nəzarət güclənməlidir”


A.Qeybulla qeyd edib ki, virusların replikasiya etmək xüsusiyyəti var:

“Yəni, onlar öz formasını dəyişir. Virus həyatın qeyri-hüceyrəvi formasıdır, hər zaman hüceyrə daxilinə keçir, onun resurları ilə qidalanır və hüceyrəni dağıdır. Beləkliklə virusa yoluxma halları çoxalır. Müxtəlif virusların orqanizmdə yayılma dərəcəsindən asılı olaraq müxtəlif səviyyədə intaksikasiyanın orqanizmin ümumi reaksiyaları ortaya çıxır. Sars virusu kifayət qədər ciddi bir virusdur. Bu virus qısa müddət ərzində pnevmaniyaya gətirib çıxarır, ağır respitator infeksiya yaradır və ölüm halları baş verir”. 

Həkim vurğulayəb ki, virus təhlükəsi olan ölkələrdə ciddi karantin tədbirləri görülməlidir:

“Ölkə daxilində əhali ilə izahatlar aparılmalı, xəstələndikləri halda necə qorunmalı və ən əsası sərhəd keçid zonalarında nəzarət güclənməlidir. İnfeksiyanı lokallaşdırmaq, yayılmağa qoymamaq üçün həm ölkə daxilində, həm də ÜST-nın tövsiyələrinə əməl edilməlidir”.