Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.
Müşavirədə ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması tapşırığı verilib.
Həmçinin, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verilib.