Putin israilli qadını bağışladı: Netanyahu təşəkkür edib


Rusiya Prezidenti Vladimir Putin narkotik ittihamı ilə həbsdə olan israilli qadın Naam İssaharı əfv edib.




Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Humanizm prinsipləri əsas götürülərək, 11 oktyabr 2019-cu ildə Ximkin şəhər məhkəməsinin qərarı ilə həbs edilən 1993-cü il təvəllüdlü Naam İssahar cəzasının qalan hissəsindən azad edilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bu qərardan dolayı Putinə təşəkkürünü bildirib.