Türkiyə Çinin Vuhan şəhərində karantində qalan vətəndaşların təxliyyəsi üçün təyyarə göndərir.
Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Bildirilir ki, “Koca Yusuf” adlı yük təyyarəsi Etimesgut Hərbi Havalimanından yola salınır.
Qeyd edək ki, təxliyyə edilənlər arasında Azərbaycanın yeddi vətəndaşı da var. Onlar Türkiyəyə gətirildikdən sonra 14 gün müddətində karantində saxlanılacaq.