Çində koronavirusun kütləvi şəkildə yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə olunmasına start verilib.
“Haber Global” xəbər verir ki, bununla bağlı Türkiyədən hərbi təyyarə bu gün günorta saatlarında Çinə yola düşüb.
Virusun ilk görüldüyü və geniş yayıldığı Uxan şəhərindən çıxamaq tələbini bildirən 34 Türkiyə, yeddi Azərbaycan, yeddi Gürcüstan və bir Albaniya vətəndaşı tibbi müayinədən sonra təyyarə ilə Ankaraya gətiriləcəklər.
Onlar burda xüsusi hazırlanmış xəstəxanada karantinə götürüləcəklər.
Artıq bu şəxslər aeroporta yola salınıb.