Siqaret bahalandı - YENİ QİYMƏT

Azərbaycanda tütün məmulatları bahalaşıb. Serq.az-ın xəbərinə görə, bu gündən etibarən bütün siqaretlərdə 30 qəpik bahalaşma olub. 

Belə ki, əvvəl bir qutu “Kent” 3 manat idisə, bu gün 3.30 qəpik, 2.80 qəpik olan “Winston” 3.10 qəpiyə qalxıb. Anoloji olaraq digər siqaret markaları da 30 qəpik bahalaşıb. 

Satıcılar siqaretin qiymətinin niyə qalxdığını izah edə bilmirlər. 

“Firmadan əvvəlkinə baxanda 30 qəpik baha aldıq, ona görə biz də 30 qəpik qaldırdıq” – deyə satıcı Serq.az-ın əməkdaşına bildirib.

Bunun səbəbini öyrənmək üçün Azərbaycanda ən böyük siqaret istehsalçısı olan "European Tobacco-Baku" ASC ilə əlaqə saxladıq. Telefonun dəstəyini götürsə də, kim olduğunu deməyən şəxs, qiymət artımına da şərh verə bilməyəcəyini söyləyib.