Bakıda 55 yaşlı qadın dəm qazından boğulub


Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Zahidə Almazova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.