Virusun öldürücülüyü də çox azdır, yüzdə 2 faiz ətrafındadır. Daha əvvəl MERS və SARSIT-da bunlar daha yüksək idi
Korona virusu tənəffüs yoluyla yoluxduğu üçün çox adam özünü ağızına taxdığı maskalarla qorumağa çalışır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Maska taxmaq koronavirusdan qoruyurmu?" sualına Ümumdünya Səhiyyə Təşkilatının Türkiyə ofisinin proqram İdarəçisi prof. Dr. Toker Ergüder cavab verib.
Prof. Dr. Toker Ergüder, Çinin Uhan şəhərində ortaya çıxan və çox sayda insanın ölümünə səbəb olan koronavirusun yeni bir virus olmadığını söyləyib. Əəvvəllər həm Çində, həm də Orta Şərqdə koronavirusla bağlı epidemiya xəstəliklərə rast gəlindiyini ifadə edən Prof. Dr. Ergüder, korona virusu ailəsindən olan bu virusa daha əvvəl rast gəlinmədiyi üçün "yeni koronavirüs" adı verildiyi söyləyib. Yeni tip koronavirusun 2019-cu ilin dekabr ayında ortaya çıxdığını vurğulayan prof. Dr. Ergüder, "Ona görə də hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isbat edilmiş, elmi olaraq sübut edilmiş, testləri və təcrübələri edilmiş bir dərman, ya da peyvənd yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı həm Çin hökumətiylə, həm də dünyadakı digər ölkələrlə xüsusilə peyvənd hazırlamaq üçün lazımlı işləri görür, amma hələ araşdırmalar nəticə vermir. Hazırda yeni çıxan bu virusa qarşı hər hansı bir müalicə yoxdur. Bunun üçün ən azı 3-4 ay bir müddət lazımdır" deyib.
Prof. Dr. Ergüder vurğulayır ki, burada əhəmiyyətli olan insanların özlərinin tədbir görmələridir:
"Bu tədbirlər də əslində bizim qripə qarşı mübarizəyə apardığımız tədbirlərdir. Bunlardan bəziləri; əllərin tez-tez sabunlu suyla yuyulması, asqırarkən və ya öskürərkən ağızın bir dəsmalla və ya yaş bir bezlə bağlanılması. Bizim bu müddətdəki təklifimiz, çiy ət yeyilməməsi. Ətlərin mümkün olduğu qədər bişirilərək, qaynadılaraq yeyilməsi lazımdır. Türkiyədə bu vəziyyət çox yoxdur, amma vəhşi heyvanlara, bilmədiyimiz heyvan növlərinə çox toxunmamaq lazımdır".
Epidemiya ilə əlaqədar ictimai mediada və internet platformalarında yer alan bir çox məlumatların səhv olduğunu ifadə edən prof. Dr. Ergüder, "Məsələn ev heyvanlardan yoluxarmı? Yolxmaz. Çindən gələn paketlərdə virus ola bilərmi? Olmaz. Antibiotiklər işə yarayarmı? Antibiotiklər işə yaramaz, antibiotiklər bakteriyalara qarşıdır, amma bu virusdur. Onlar da bir işə yaramaz. Bizə soruşulan başqa bir sual, "Bəs, maskalar qoruyarmı?" Maskalar sizin başqasından virusa yoluxmanıza maneə olmur. Maskalar, xəstəliyinizin damcı yoluyla başqalarına yoluxmasını önləyir. Ona görə biz ümumiyyətlə cəmiyyətə maska taxmağı da çox təklif etmirik. Bir adamın əgər xəstəliyi varsa, ya da belə bir şübhə varsa, onlarla çox yaxın təmasda olmamaq lazımdır" deyə qeyd edir. Epidemiyala əlaqədar bəzi bitki mənşəli dərmanlar və üsullar ortaya çıxdığını, ancaq yeni bir virus olduğu üçün bilinən bir dərmanı, ya da peyvəndin olmadığını bildirən Prof. Dr. Ergüder, Səhiyyə Nazirliyinin lazımi tədbirlər görrdüyünü və alınan qərarlara uyğun addım atılmasının lazım olduğunu söyləyib.
Hazırda yeni tip koronavirus epidemiyasıyla əlaqədar 18 minə yaxın hadisə olduğunu və bunların 17 min 800-nün Çində olduğunu ifadə edən prof. Dr. Ergüder, "Hazırda hadisələrin yüzdə 99 faizi Çindədir. Bundan başqa 23 ölkədə də hadisəyə rast gəlindi, amma bu hadisələrin də böyük hissəsi, yəni yüzdə 80 faizi Çindən gələn insanlardır. Ümumdünya Səhiyyə Təşkilatı və Türkiyə Səhiyyə Nazirliyi olaraq vəziyyəti yaxından izləyirik. Ümid edirik ki, epidemiya Çinin xaricinə yayılmadan dayandırılar, amma hazırda qlobal olaraq çox qorxulu bir vəziyyət yoxdur. Virusun öldürücülüyü də çox azdır, yüzdə 2 faiz ətrafındadır. Daha əvvəl MERS və SARSIT-da bunlar çox daha yüksək idi. Yüzdə 15 faiz, yüzdə 50 faizə qədər çıxan hadisələr vardı. Məsələn ebolada da bu daha yüksək idi. Vətəndaşlarımız çaxnaşmaya qapılmadan, xüsusilə Səhiyyə Nazirliyinin Elmi Komitəsi tərəfindən alınan qərarları və tədbirləri izləməlidir. Buna görə alınacaq fərdi tədbirlər kafi olacaq" deyə danışır.