Səs verənlərin sayı açıqlandı

Ölkə üzrə səs verən seçicilər 670 min 86 nəfərdir. Bu isə seçicilərin 12.57 faizini təşkil edir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10:00-a olan seçici fəallığını açıqlayarkən deyib.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 329 min 460 nəfər seçici var.