Ən fəal və ən passiv seçki dairəsi açıqlandı

Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

1 saylı Şərur-Sədərək seçki dairəsində seçici fəallığı 47,7 faiz (46 min 225 seçicidən 18 440 nəfər) olub.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 29 saylı Səbail seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2% (4 162 nəfər) olub.