Polşada “Azərbaycan-odlar yurdu” adlı mühazirə oxunacaq



Polşanın Lodz şəhər kitabxanasında fevralın 20-də “Azərbaycan-odlar yurdu” adlı mühazirə oxunacaq.

AZƏRTAC xəbər verir ki, mühazirəni polşalı məşhur səyyah, bələdçi Matsey Klimçak oxuyacaq.


Kitabxananın tədbirlər bölməsində dərc olunan elanda qeyd olunub ki, mühazirədə iştirak edənləri sirlərlə dolu qədim Odlar diyarına virtual səyahət gözləyir.