Çində koronavirusa yoluxaraq ölənlərin sayı 908-ə yüksəlib.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Sağlamlıq Komitəsinin açıqlamasında bildirilib.
Məlumata görə, ümumilikdə ölkə üzrə yeni virusa 40.1 mindən çox insan yoluxub. Onlardan 3281 nəfəri sağalaraq xəstəxanadan sərbəst buraxılıb.