Göygöl rayonunda deputatlığa namizədin vəfat edən vəkilinin oğlu kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, Sübhan Hacıyevin oğlu Samir Sübhan oğlu İsrafilov videomüraciətində qeyd edib ki, sosial şəbəkələrdə atası barədə yayılan məlumatlar düzgün deyil:
“Atam iki dəfə ürək əməliyyatı keçirib. Dünən infarkt keçirərək rəhmətə gedib. Xahiş edirəm ki, bu məsələni siyasi oyunlara çevirməyin”.
Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Mollacəlilli seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.