“Hazırda İran sərhəd-keçid məntəqəsindən gələn 224 nəfər karantindədir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, onlardan 12 nəfər İran, biri İtaliya, yeddi nəfəri digər ölkə və digərləri Azərbaycan vətəndaşıdır:
“Hazırda müayinə aparılır. Rəqəmlər daima dəyişir. Beşi, onu, on beşi gedir. Cavabları mənfi çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır”.