Merkel Ərdoğanla danışdı: Əsəd və Rusiyaya çağırış etdi


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, Merkel telefon söhbətində türk əsgərlərinə edilən hücumu qınayıb.

Bu barədə məlumat verən alman hökumətinin sözçüsü Şteffen Zaybert iki liderin atəşkəs məsələsində yeni bir razılaşmanın təcili olduğuna və siyasi danışıqların ən qısa müddətdə başlamasına razı olduqlarını söyləyib.

Bundan əlavə, Zaybert bildirib ki, Merkel Suriya rejiminə və tərəfdarlarına hücumlara son qoymağa çağırıb.