Düşmən təxribatının qarşısı alındı - DSX


Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.