Haradasa bütün dünyanı təsiri altına alan korona virusu ilə əlaqədar xəbərlər gəlməyə davam edir. Avropada ən çox təsirlənən ölkə olan İtaliyada həyat dayanıb. Ölkədə əczaxana və bank kimi yerlər istisna olunmaqla bütün iş yerləri bağlanıb.
*
Şimal Amerika Radyoloji Birliyi, korona səbəbiylə həyatını itirən 44 yaşlı çinli bir xəstənin rentgen görüntülərini veb saytında yayıb.
Rentgen görüntülərində xəstəliyin qurbanlarının ciyərlərini necə korladığı gözlər önünə sərir. Ağciyərlərin alt künclərindəki ağ ləkələr virusun varlığını göstərir. Eyni ləkələri SARS və MERS kimi xəstəliklərdə də görmək mümkündür.
*
2003-cü ildə SARSı kəşf edən Çinli alim korona epidemiyasının iyun ayından etibarən sona çatacağını söyləyib. 83 yaşlı Çinli epidemiya mütəxəssisi Zhong Nanshan, pandemi elan edilən korona virus xəstələrinin müalicədən sonra yenidən virusa yaxalama risklərinin aşağı olduğunu sözlərinə əlavə edib.
Turan