Azərbaycanda koronavirus: 19 yoluxma halı var, 3-ü tam sağalıb - RƏSMİ

"Hazırda rəsmi olaraq 19 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 3-ü tam sağalıb".

"Sherg.az" xəbər verir ki, bunu Nazirlə Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, hazırda aşkarlanan hallar başqa ölkələrlə əlaqədar olub. Bu şəxslər karantinə alındıqdan sonra xəstəlik aşkarlanıb.