Ümumdünya Səhiyyə Təşkilatı açıqladı: Koronavirus hava yolu ilə ötürülmür


Hamının maraqlandığı  "koronavirus (Covid-19) hava yoli ilə ötürülürmü" sualına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aydınlıq gətirib.

Sherg.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təşkilatın  açıqlamasında bildirilir ki,  virus hava  yolu ilə ötürülmür, anacaq xəstə adamlar öskürən, asqıran və ya danışan zaman yaxınlığındakını yoluxdurur.

Damcılar çox ağır olduğu üçün havada qalmır  və dərhal düşür.
Bəyanatda, insanların  bir metr '' fiziki məsafə '' qoyması  və  virusdan qorumaq üçün bir-birləri ilə təmasdan çəkinməsi  barədə də xəbərdarlıq edilir. 

Turan