Gürcüstanda koronavirus xəstəsi evdə müalicə alır - Açıqlama

"Hal-hazırda Gürcüstanda koronavirusa yoluxmuş bir nəfər pasyent, ev şəraitində müalicə alır".

24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbər müavini, Paata İmnadze deyib.

İmnadze bildirib ki, sözügedən pasyentin müalicəsinin bir məsələsi artıq geridə qalıb və ondan götürülən növbəti koronavirus testi neqativ çıxıb.

İmnadze bildirib ki, Gürcüstanda koronavirusa yoluxma halları artarsa və xəstəxanalarda yer qalmazsa, virusa yoluxmuş pasyentlər, evlərində müalicə almalı olacaqlar.