MN: Ərazi itkisinə yol verilməyib, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır


“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı APA-nın sorğusunu cavablandıran Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.