“Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” səhifəsində yaydığı açıqlamada deyib.
İbrahim Qalın qeyd edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: “Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.