Bir qrup ziyalıdan ordu və prezidentə DƏSTƏK: “Yanınızdayıq və hazırıq !”

Bakı Dövlət Univeristetinin(DBU) bir qrupu müəllimi – Tətbiq riyaziyyat fakültəsinin müəllimi, fizika və riyaziyyat elmləri doktoru, professor Rafiq Tağıyev, Fizika Problemləri İnstitunun direktor müavini, professor Namiq Dərvişov, tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix emləri namizədi dosent Boran Əzizli, Prezidentin əhaliyə müraciətinə dəstək ifadə ediblər. 

“Sherg.az” xəbər verir ki, ziyalılar bəyan ediblər ki, ölkə başçısının nitqini çox böyük diqqət və maraqla izləyiblər:


-Ali Baş Komandanımızın çıxşını izlədik və Prezidentin səsləndirdiyi fikirləri ürəkdən dəstəkləyirik. Müzəffər ordumuza və əsgərlərimizə dualar edirik. Döyüşlərdə həlak olanlara allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Belə bir gündə Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında olduğumuzu bildiririk. Lazım olan bütün köməklikləri göstərməyə hazırıq. Hətta yaralanan əsgərlərimiz üçün qan verməyə hazırıq. Və xahiş edirik ki, müvafiq dövlət qurumu qanvermə kampaniyası təşkil etmək üçün müəyyən bir  yer ayırsın və biz o kampaniyada könül xoşluğu ilə iştirak edək. Ordumuza uğur, zəfər arzu edirik. Çox böyük həyəcanla qələbə xəbərləri gözləyirik. Ordumuza yanğın zamanı bir quşun dimdiyində gətirdiyi su qədər də olsa, yardım göstərməyə çalışırıq. Ordumuza, əsgərlərimizə bütün spektrlardan dayaq olmağa hazırıq!