Pakistan səfiri Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib


Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.

APA-nın xəbərinə görə, bu barədə diplomat "Twitter"də bildirib.

“Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir”, - deyə səfir qeyd edib.