Rutte NATO-nun Baltik dənizində hərbi iştirakını artıracağını açıqlayıb

“NATO kabellər ətrafındakı insidentdən sonra Baltik dənizində hərbi iştirakını artıracaq”.
APA xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rutte “X” hesabında yazıb.

O həmçinin Finlandiya prezidenti Aleksandr Stubb ilə adıçəkilən ölkədə bu insident ətrafında aparılan istintaqı da müzakirə etdiyini vurğulayıb.

M. Rutte bildirib ki, alyans bu məsələdə Finlandiya hökuməti ilə həmrəydir.