Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, Kazımabad kənd sakini, 14 yaşlı yeniyetmə qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.