“Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı Türkiyənin “tum1haber.com” saytına açıqlama verib. Son günlər ara verməyən Ermənistan təxribatı nəticəsində cəbhədə baş verən şiddətli döyüşlərdən və ya Azərbaycan haqq savaşından danışan baş yazar qeyd edib ki, ordumuzun zəfərinə inanır:
“İndiyə qədər 15 kəndimizi işğaldan azad etmişik. Xalq qələbənin yaxında olduğuna inanır. Minlərlə insan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mərkəzləri qarışısında uzun növbələr yaradıb. Qarabağ qaziləri də savaşa qatılmaq üçün müraciət edirlər. Yeni bir oyanış başlayıb. Bütün Azərbaycanda Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu da Qafqaz İslam Ordusu şüurunun oyandığını göstərir.
Ali Baş Komandanın əmrlərinə hamı tərəfindən ciddi riayət olunur. Onun zəfər əzmi tariximizdə yeni səhifənin açıldığının xəbərçisidir. Türkiyənin göstərdiyi tam dəstəyi xalqımız heç vaxt unutmayacaq. Biz tarixin əvvəlindən bəri qardaşıq. Hamımız bunun fərqindəyik. Zəfər bizim olacaq”.