Hikmət Hacıyev: "Gəncəyə hücum Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür"


“Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etmək müharibə cinayətidir”.

 Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür.