Fransanın «Le Monde» nəşri Gəncədəki erməni terrorundan YAZDI: «Azərbaycan bombardman edildi» 

Fransanın  « Le Monde » qəzeti oktyabrın 11-də Ermənistanın Gəncədə törətdiyi terror aktından yazıb.
«Sherg.az» «Le monde.fr ə istinadən xəbər verir ki, «Haut-Karabakh : Bombardments en Azerbaidjan» (Dağlıq Qarabağ : Azərbaycan bombardman edildi)başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyəti Ermənistanın Gəncədə mülki əhali yaşayan binaları hədəf almasını bəyan edib.


Qeyd olunub ki, işğalçı Ermənistanın raket atəşləri nəticəsində  həmin binalarda böyük dağıntılar baş verib. Dağıntı altında qalan 7 mülki vətəndaş həlak olub, 33 nəfər ağır yaralanıb. Axtarışlar davam edir. Azərbaycan tərəfi bəyan edir ki, bu soyqırımı aktı oktabrın 10-u saat 12-də qüvvəyə minən humanitar atəşkəsin kobudcasına pozulmasıdır. 




Bundan başqa, qəzet yazır ki, Azərbaycan Xarici İşlər Nazirlinin  «Twitter » hesabında qeyd olunub ki, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə, yaşayış binalarını  hədəf alıb. Raket atəşləri böyük dağıntılara səbəb olub. 7 ölən və 33 xəsarət alan var. Eyni zamanda faktın təsdiqi üçün fotolar da paylaşılıb. 



Qeyd edək ki, yazıda ölən və yaralananları dağıntılar altında çıxarmaq üçün cəlb olunan xilasedicilərin də fotosu yerləşdirilib.


Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub.


Bu barədə Baş Prokurorluq məlumat yayıb.