Fransanın «Liberation” qəzeti də Gəncə terrorundan YAZDI: Ermənistan humanitar atəşkəsi pozdu !   

Fransanın «Liberation”  qəzeti Ermənistanın Gəncədə törətdiyi soyqırımı aktından yazdı.
«Sherg.az» «Libération.fr » ə istinadən xəbər verir ki, «Sept morts dans des bombardements en Azerbaïdjan » (Azərbaycandakı bombardmanda  7 nəfər həlak oldu) başlıqlı məqalə dərc olunub. Yazıda qeyd olunur ki, Ermənistan Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının uzun sürən müzakirələrindən sonra əldə olunan humanitar atəşkəsi kobud şəkildə pozub. Belə ki, Ermənistan tərəfi oktyabrın 11-də  heç bir döyüş zonasına daxil olmayan Azərbaycanın qədim şəhəri - Gəncəni raket atəşinə tutub. Onlar şəhərdə yaşayış binalarını hədəf alıb və dağıdıb. Dağıntılar altında qalan 7 nəfər mülki vətəndaş həlak olub, 30-dan çox insan ağır yaralanıb. 
Yazıda o da qeyd olunub ki, Azərbaycan hakimiyyəti bu terror aktına  görə birbaşa Ermənistanı ittiham edir və bunu humanitar atəşkəsi pozan soyqırımı aktı kimi qiymətləndirir.
Məlumat üçün bildirək ki, əldə olunan son məlumata görə, dağıntılar altında qalıb həlak olan mülki vətəndaşların sayı 9-a çatıb.

Həlak olanlara rəhmət, yaralılara səfqət diləyirik !