Müdafiə Nazirliyi: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib


Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyinə istinadən bildirib.

Xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.