Azərbaycan xarici hərbi attaşeləri Gəncə və Mingəçevirə dəvət edib


“Sabah Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərini Gəncəyə dəvət edirik ki, Ermənistanın əməllərini gözləri ilə görsünlər”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşeləri Mingəçevir şəhərinə də dəvət olunur ki, Ermənistanın Su Elektrik Stansiyasını vurmaq cəhdlərini öz gözləri ilə görsünlər.