Silahsız vətəndaşlar hədəf seçilir

Məzarlığa raket atılması vəhşiliyin son həddidir

Ermənilər heç bir hüquq, insanlıq, sülh dili anlamırlar


Otuz ilə yaxındır ayrı qaldığımız torpaqlara şanlı Azərbaycan əsgərinin nəfəsi qayıdır, müqəddəs üçrəngli bayrağımız sancılır. Artıq Azərbaycanda böyükdən-kiçiyə hamı Qələbənin - Xankəndi və Şuşada üçrəngli bayrağımızın dalğalanacağı günün çox da uzaqda olmadığının fərqindədir. Lakin son nəfəsini verən erməni quldurları ölümqabağı mənfur əməllər törətməkdən, bacardıqları bütün çirkinlikləri reallaşdırmaqdan çəkinmirlər. Gəncə şəhərində insanların sıx yaşadığı məntəqələr, həmçinin Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Beyləqan rayonları mütəmadi raket atəşlərinə tutulur. Hətta azğınlaşmış Ermənistan ordusu Tərtər rayonundakı qəbiristanlığa, dəfn mərasiminə gələn mülki şəxslərin toplandığı yerə top mərmisi atmaqdan belə çəkinmir.

Ötən gün düşmənin məzarlığa atdığı raket nəticəsində 4 nəfər mülki şəxs həyatını itirib, 5 nəfər yaralanıb. Həlak olanlardan biri isə anasını dəfn etməyə gələn rayon sakini olub. Bu cür addımlar bir daha göstərir ki, ermənilərdə heç bir insanlıq dəyəri yoxdur. Şovinizm və vandalizm xəstəliyi onları fəlakətli vəziyyətə gətirib. Görün nə dərəcədə vəhşiləşmiş kütlədir ki, yalnız hərbçiləri, mülki şəxsləri deyil, heç bir hərbi təyinatı olmayan qəbiristanlığı, dəfn mərasimlərini belə hədəf seçirlər. Bu, Ermənistanın terrorçu və cinayətkar mahiyyətini bir daha ortaya qoyur. 



Növbəti erməni vəhşiliyi barədə “Şərq”ə danışan ilahiyyatçı-alim Əkrəm Həsənov bildirib ki, erməni terrorçuları cəbhədə bizim şanlı əsgərlərlə üz-üzə dayana bilmirlər, məğlub olaraq geri çəkilirlər. Ekspert vurğulayıb ki, düşmən 30 ilə yaxındır torpaqlarımızı zəbt edib, yağmalayıb, evlərimizi dağıdıb, daşlarını söküb aparıb, apara bilmədiklərini isə yandırıblar. Onlar misli görülməmiş cinayət törədərək bizə qarşı böyük soyqırım həyata keçiriblər:

“Ali Baş Komandanımız dəfələrlə Ermənistana sülh təklif edərək tarixi torpaqlarımızdan çıxmalarını tələb edib. Bu illər ərzində bizim onlardan yalnız bir tələbimiz olub.

Tarixi torpaqlarımızı tərk etsinlər və biz öz doğma torpaqlarımıza qayıdaq. Ancaq ermənilər öz xoşlarına çıxmaq təklifimizi israrla rədd etdilər, sülh tərəfdarı olmadıqlarını ortaya qoydular. Üstəlik, sərhəd bölgələrimizi, dinc əhalimizi ən ağır silahlardan atəşə tutdular. Son günlər Paşinyan Qarabağa gəlir, doğma torpaqlarımızda milli musiqilərimizə rəqs edərək bizə acıq verməyə, müharibəyə təhrik etməyə çalışırdı. Ölkə rəhbəri dəfələrlə düşmənə xəbərdarlıq etdi.

Elan etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, doğma torpaqlarımızdan rədd olsunlar. Amma düşmən ərazilərimizi boşaltmaq əvəzinə, qudurğanlıq edərək cəbhəboyu ərazilərimizi bombalamağa başladı. Sentyabrın 27-dən sonra Azərbaycan Ordusunun düşməni ərazilərimizdən qovmağa başlaması ilə məğlub duruma düşən ermənilər daha da azğınlaşdılar.

Silahlı Qüvvələrimizin qarşısında dura bilməyən erməni quldurları mülki insanlarımızı, cəbhədən uzaqdakı silahsız vətəndaşlarımızı hədəf seçdilər. Tərtərdə məzarlığa raket atılması, dəfn mərasiminin atəşə tutulması isə son həddir. Bu, barbarlıq, insanlıqdan kənar əməldir. Heç bir dinin uyğun görmədiyi vəhşi hərəkətdir. Beynəxlaq hüquq səviyəsində indiyə qədər ermənilərə cavab verilməli idi. Lakin ermənilər heç bir hüquq, insanlıq, sülh dili anlamırlar.

Buna görə də Azərbaycanın rəşadətli ordusu erməni terrorçularını hərb yolu ilə doğma torpaqlarımızdan qovmalıdır. Artıq qisas günüdür. Millət olaraq hər gün kəndlərimizin, şəhərlərimizin erməni terrorçulardan azad edilməsinin sevincini yaşayırıq, qəhrəman əsgərlərimizə dua edirik. Əmin olun, ermənilərin bütün vəhşiliklərinə şanlı ordumuz tərəfindən layiqli cavab veriləcək”.