Qazax şəhidini torpağa tapşırdı – VƏTƏN SAĞ OLSUN ! - FOTOLAR

Əks-hücum əməliyyatları zamanı böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalan Mais Yaqubov torpağa tapşırılıb. O, Qazax rayon Daş Salahlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub. 

17:18

Sentyabr ayının 27-dən etibarən davam edən genişmiqyaslı hərbi əməliyyatlar zamanı bu gün daha bir şəhid vermişik. "Sherg.az" xəbər verir ki, Qazax rayonu Daş Salahlı kənd sakini Mais Yaqubov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadətinə qovuşub. O, xüsusi təyinatlı qoşunun leytenantı idi.



Qeyd edək ki, Mais Yaqubov 1998-ci ilin 20 aprelində anadan olub. 2015-ci ildə orta məktəbi bitirib. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb. Vəzifəsi kəşfiyyatçı idi. Allah rəhmət eləsin!



Başda Akif Aşırlı olmaqla “Şərq” qəzetinin kollektivi adından Şəhidimizə Allahdan rəhmət diləyirik. Qəhrəmanımızın ailəsinə, yaxınlarına dərin hüznlə baş sağlığı veririk ! Ruhu şad, torpağı yumşaq, məkanı cənnət olsun ! Vətən sağ olsun !