Prezidentdən nümunəvi addım:“İdman sağlamlığın rəhnidir” +VİDEO

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı idman alətləri ilə məşq edib. Bu barədə videonu Birinci Vitse-prezident Mehriban xanım Əliyeva şəxsi “İnstagram” hesabında paylaşıb. Beləliklə, dövlət başçısı öz şəxsi nümunəsində vətəndaşlarımıza, o cümlədən məmurlara nümunə olub.

 Sabiq millət vəkili Ağacan Abıyev Prezidentin sözügedən addımı barədə “Sherg.az”a danışdı: 

“Dövlət başçısı MOK-un prezidenti seçildiyi ilk gündən etibarən idman və bədən tərbiyəsini xalq arasında təbliğ edib, vətəndaşlarımızı sağlamlıqlarının qayğısına qalmağa çağırıb.

Ümumiyyətlə, idmanın insanın inkişafında mühüm rolu var. İdmanla məşğul olmayan orqanizmdə təsadüfi funksiyalar əmələ gəlir. Bədəndəki atom və molekullar xaotik fəaliyyət göstərir.

Bu isə enerjinin  çox olması ilə əlaqədardır. Ona görə də enerjini sərf etmək lazımdır. Deməli, idmanla, fiziki hərəkətlə məşğul olmaq insanın həm bədənini, həm də ruhunu sağlam edir. Dediyim kimi, artıq enerji bədəndən çıxanda atomlar, molekullar təsadüfi yox, qanunauyğun fəaliyyət göstərir. Beləliklə, idman sağlamlığın rəhnidir”.