Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər - RƏSMİ

Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:

“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.