Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edib - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Moskvada, Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.