Sensasion iddia: "İrandan Xankəndiyə şübhəli yüklər daşınır”

“Bu, nə müsəlmanlığa, nə də qonşuluğa uyğundur”

“Və bizim etirazlarımız üçün ciddi əsasdır”


Məlum olduğu kimi, Azərbaycan sərhədlərini bərpa  etməyə başlayıb. Amma, görünür, bunu “həzm edə bilməyən” qüvvələr var. Belə ki, Gürcüstanda svanların soydaşlarımıza hücumu, İranla sərhəddə iki hərbçimizin öldürülməsi beyinlərdə müxtəlif suallar yaradır. Niyə məhz indi?!

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hər iki hadisə barədə “Sherg.az”a danışdı. Onun fikrincə, olaylar arasında əlaqə yoxdur: 

“Gürcüstanda baş verənlərdə erməni xüsusi xidmət orqanlarının “əli olduğunu” istisna etmirəm. İranla sərhəddə yaşananlarda isə üçüncü qüvvənin yer aldığını düşünmürəm.

Hər halda məsələ baş prokururluğun nəzarətindədir və yəqin, ciddi araşdırma aparılacaq. Amma bu, ilk belə hal deyil. Narkoticarətlə bağlı olaraq əvvəllər də analoji hadisələr baş vermişdi.

Onu da nəzərə almaq lazımdır ki, İrandan Xankəndiyə şübhəli yüklər daşınır. Bu, nə müsəlmanlığa, nə də qonşuluğa uyğundur. Və bizim etirazlarımız üçün ciddi əsasdır”.