“Azərbaycan bölgədə İsrail modelini yaratmalıdır” – AKTUAL 

“Azərbaycan gələcəyə yönəlik Qərbin bölgədəki ən böyük tərəfdaşı olmalıdır və ola bilər”


Dünən Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformat keçirib. Ölkə başçısı müzakirələr zaman mühüm nüanslara toxunub. Ölkə başçısı vurğulayıb ki, Azərbaycanla İsrail arasında ticarət münasibətləri mövcuddur və bu münasibətlər daha da inkişaf etməkdədir.

Dövləti  başçısı bildirib ki, İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur:

“Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”.

Ölkə başçısı çıxışında Azərbaycanın Cənubi Qafqazda İsrail modelini yaratmasını diqqətə çatdırıb. Bəs, Azərbaycanın bölgədə İsrailin yaxın şərqdə oyandığı rolu oynaması ölkəmizə nə verəcək?

Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Azərbaycanın İsrail modelini yaratmasına ehtiyac var:

“Cənab Prezidentin dünənki çıxışı bir neçə ciddi mesajı əhatə edir. Bunların içində Azərbaycanın perspektivinə yönəlik verdiyi açıqlamalar da var idi. Ölkəmiz bütövlükdə bölgənin və regionun kilid ölkəsidir. Azərbaycanın hazırda yerləşdiyi geostrateji mövqe də bunu diktə edir. Müasir reallıq ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibədə qalib gəldi və yeni reallıqları diqtə etməyə başlayır. Bu baxımdan ölkəmizin gələcəyə yönəlik perspektivlərdə daha ciddi vəzifələri var. Bu vəzifələr imkan verməlidir ki, Azərbaycan geostrateji təhlükəsizliyin təmin olunması və regionun kommunikasiya təşkil edən mərkəzi kimi Şərqlə Qərb arasında körpü rolunu oynasın. Nəhayət, dünyanın ana sütununu təşkil edən iqtisadi prizmadan yanaşanda xüsusilə enerji daşıyıcıları nöqteyi nəzərindən Azərbaycan möhtəşəm platformadır və Avropaya yönəlik ixrac siyasəti var.

Azərbaycan bütövlükdə türk dünyasının tərkib hissəsi kimi ciddi rola malikdir. Ölkəmiz Türkiyə vasitəsilə Şərqə çıxır, eyni zamanda Türkiyəni türk dünyası ilə birləşdirir. Bu baxımdan artıq tarixi addımlar reallaşdırılır”.

Ə.Əlibəyli vurğulayıb ki, Azərbaycanın hərbi baxımdan gücünün zirvədə olması xüsusi bir nüansdır:

“Ölkə Prezidentinin dedikləri, ABŞ silahlarını birbaşa əldə etmək, həmçinin ölkəmizin 907-ci düzəlişinin ləğvi istiqamətində ata biləcək addımları, Amerika ilə əməkdaşlığı həyata keçirmək baxışı yüksəkdir.

Bütün bunların hamısı ona gətirir ki, Azərbaycan gələcəyə yönəlik Qərbin bölgədəki ən böyük tərəfdaşı olmalıdır və ola bilər.

Bu istiqamətdə digər tendensiyalar üçün təhdidlər var. Həmin tendensiyalar və təhdidlər gələcəkdə reallaşacaq. Bu gün Azərbaycan regionda diqtə edən tərəf kimi müəyyən reallıqları yaradıbsa, gələcəkdə bizim regionun da başqa təhlükə yarada biləcək dinamikləri və olayları var.

Buna görə də ölkəmizin mütləq İsrailin öz bölgəsində oynadığı rola bərabər rol oynamasına ehtiyac var. Bunu Türkiyə, qərb və dünyadakı güclü müttəfqilərimiz də istəyir. Ən əsası Azərbaycan Prezidenti və xalqı bunu tələb edir”.