APA-nın yerli bürosunun xəbərinə görə, məlumatda bildirilib ki, fövqəladə hallar naziri Kəmallədin Heydərov Türkiyənin müxtəlif yerlərində baş verən və davam edən yanğınlarla bağlı bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğluna "keçmiş olsun" mesajını çatdırıb, hadisə zamanı həlak olanlarla əlaqədar başsağlığı verib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində ölkənin müxtəlif yerlərində baş verən yanğının təsirinə məruz qalanlarla bağlı məlumat paylaşıb. Nazir Antalyada baş verən yanğınlardan ziyan görən 292 nəfərin evə buraxıldığını bildirib. F.Koca ikisi sınıq xəsarəti olan 16 nəfərin müalicəsinin davam etdiyini və qismən təxliyəsinə ehtiyac duyulan 10 ağır xəstənin isə digər xəstəxanalara köçürüldüyünü deyib.
Muğlanın Marmaris və Bodrum rayonlarındakı yanğınla bağlı nazir 3-ü xarici ölkə vətəndaşı olmaqla 64 nəfərdən 60-nın müalicə edilərək evə buraxıldığını bildirib: “Müalicəsi davam edən 4 nəfərin səhhəti normaldır. Səhiyyə heyətimizlə bərabər yanğın sahələrində xidmətimizdəyik".
Qeyd edək ki, Manağat və Marmarisdəki yanğnlar nəticəsində 4 nəfər həyatını itirib.