Akif Aşırlı dəhşətli meşə yanğınları ilə əlaqədar Antalya Türk Ocağının başqanı ilə əlaqə saxlayıb
Türkiyənin 21 vilayətində baş vermiş dəhşətli meşə yanğınları ilə əlaqədar Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı Antalya Türk Ocağının başqanı Abdullah Uysalla əlaqə saxlayıb və mövcud vəziyyətlə maraqlanıb.
Akif Aşırlı ilk növbədə Antalyada yanğın nəticəsində həyatını itirmiş 3 vətəndaşa görə Abdullaha Uysala başsağlığı verib. A.Aşırlı Azərbaycan xalqının hər zaman olduğu kimi bugün də qardaş Türkiyənin yanında olduğunu, təbii fəlakətin, törədilən yanğınların qarşısının tezliklə alınmasını arzuladığını dilə gətirib. O, Azərbaycanda hər evdə Türkiyə millətinə dualar oxunduğunu vurğulayıb və Azərbaycan Türk Ocağı adından öz narahatlığını ifadə edib.
Antalya Türk Ocağı başqanı Abdullah Uysal da öz növbəsində Azərbaycan Türk Ocağının daim onların yanında olduğunu hiss etdiklərini bildirib. Artıq Azərbaycan dövlətinin 2 helikopter və 500 nəfərlik heyətlə yardım göndərdiyini qeyd edib. Abdullah Uysal Türkiyəyə böyük dəstəyinə Azərbaycana öz təşəkkürünü bildirib.
A.Aşırlı Azərbaycan Türk Ocağının Antalya və Türkiyənin digər bölgələrində baş vermiş yanğınlarla bağlı maddi-mənəvi yardım etmək istəyini bəyan edib. A.Uysal isə bildirib ki, Azərbaycan dövlətinin göndərdiyi heyət və edilən dualar kifayətdir, əlavə dəstəyə ehtiyac yoxdur.