Son Qarabağ savaşında şəhadətə ucalan igidlərimizin yaxınları Türkiyəyə dəstək nümayiş etdiriblər.
"Sherg.az" xəbər verir ki, bununla bağlı şəhidlərimizin doğmaları paylaşım ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarını kiçik çavuşu şəhid Maarif Əliyevin, kiçik giziri Mehti Şıxəliyevin, kiçik giziri Orxan Cabbarovun, kiçik giziri Xaspolad Qasımovun adına qardaş ölkəyə fidan bağışlanıb.
O.Cabbarovun həyat yoldaşı Ayşən xanım paylaşımda bu sözləri yazıb:
"Bildiyiniz, tanıdığınız şəhid səhifələrini tağ edin. Hər birimiz onların adına qardaş ölkəyə dəstək olaq".
Qeyd edək ki, Türkiyədə yanğınlar bir neçə gündür davam edir. Bu faciə nəticəsində həlak olanlar var.