“Dövlət başçısı göstərdi ki, böyük qayıdış sözdə yox, əməldədir”.
Bu sözləri Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Deputat bildirdi ki, düşmən Prezidentin çıxışından nəticə çıxarmalıdır:
“Dövlət başçının “Bizim qonşumuz və Ermənistanın strateji müttəfiqi” ifadəsində çox ciddi mesaj var. Bu, dünyanı öz siyasəti ilə dəyişdirən siyasətçinin kəlamıdır. Səfər İrəvanın bütün cəhdlərini alt-üst etdi. Biz göstərdik ki, hər şeyə rəğmən, Qarabağ Azərbaycanın daxilində inkişaf etməkdə olan ərazidir.. Azərbaycanın Qarabağı dirçəltmək, orada yenidənqurma işlərini həyata keçirməkdən ötrü lazımi potensialı var. Düşmən başa düşməlidir ki, Bakı ilə dost olmaq ona daha sərfəlidir. Əks halda, öz sərhədləri daxilində “boğulacaq””.