Türkiyə öz əsgərlərini Əfqanıstandan çıxarır

Türkiyə hərbçiləri Əfqanıstandan çıxarılmağa başlanıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qarşısına qoyulan vəzifəni uğurla yerinə yetirən Türkiyə hərbçiləri vətənə geri dönməkdədir.