Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

"Sherg.az"ın məlumatına görə, bununla bağlı XİN “Twitter”hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!"

Qeyd edək ki, Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda faciəli qəza baş verib. Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarı keçiddə mikroavtobusa çırpılıb. Qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.