Danimarkanın muxtar əyaləti olan Farer Adalarında hər il keçirilən Grindadrap Festivalı böyük reaksiyalara səbəb olub. Festivalda 1500 -cü illərdən bəri delfin və balina ovçuluğu ənənəsi davam etdirilib.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, festival zamanı 1428 delfin və balina öldürülüb.
Bu il öldürülən balina və delfinlərin sayı ənənənin başladığı gündən bu yana çox yüksəkdir. Festivalda lentə alınan görüntülərdə ovdan sonra onlarla ölü delfin sahil xətti boyunca düzülüb və əksəriyyəti ağır yaralanıb. Balıqçılar ənənəni davam etdirmək üçün əsasən pilot balinaları, darboğaz və ağ başlı delfinləri ovlayıblar.
Yegane Bayramova