İlk dəfə “Cəhənnəm quyusu”nun dibinə endilər

Omanlı tədqiqatçılar Yəməndə məşhur “Cəhənnəm quyusu”nun dibinə enən ilk insanlar olaraq tarix yazıblar. Bəziləri 112 metr dərinlikdəki çuxurun "cin həbsxanası" olduğuna inanır.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, “Cəhənnəm quyusunun” digər adı “Berehud quyusu”dur.
Bölgədə "Cəhənnəm quyusu" haqqında bir çox əfsanə var. 

Bəziləri quyunun Yer kürəsini məhv edə biləcək super bir vulkan olduğunu iddia edir. Çuxurdan pis qoxular gəldikdən sonra cəhənnəmə açılan bir qapı olduğu düşünülür. 

Ona görə də çuxura məşhur “Cəhənnəm quyusu” adı verilib. Tədqiqatçılar çuxurda ilanlar, qurbağalar, böcəklər və ölü heyvanlar tapıblar.

Yeganə Bayramova