Dünən TÜRKPA-nın 10-cu plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda bir sıra qanun layihələrinə baxılıb, təşkilati məsələlər müzakirə olunub.
Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, Türkiyənin regional və beynəlxalq səviyyəli gücü artdıqca ambisiyaları da çoxalır:
“Hazırda iqtidarda olan “AK parti”nin xarici siyasətinin əsas istiqamətini son dövrlər türk dünyası ilə əlaqələr təşkil edir. Türkiyə- Azərbaycan, Türkiyə- Pakistan, Türkiyə- Özbəkistan əlaqələrinin son vaxtlar daha da dərinləşməsi bunun təzahürüdür.
Hazırda inteqrasiya davam etməkdədir. Bu, onu göstərir ki, türk-müsəlman dövlətləri gələcəkdə Avropa Birliyinə bənzər siyasi-iqtisadi blok yarada bilərlər. Hərçənd bəzi qüvvələr bütün gücləri ilə buna mane olmaq istəyəcəklər.
Deməli, belə bir qurumun yaranması Türkiyənin beynəlxalq siyasi müstəvidəki təsir imkanlarının atmasından asılıdır”.
Kənan Novruzov