Antalyada göründü
Nəsli tükənməkdə olan vəhşi pişiklər cinsindən olan “qaraqulaq” Antalyada üzə çıxıb. Ən maraqlısı da budur ki, “qaraqulaq”lar 3 pişikdən ibarət ailə şəklindədir. Bu vəhşi pişiklər çəkilərinin 2-3 qat ağırlığında heyvanları ovlaya bilmək gücünə sahibdirlər. Türkiyə mediasında yer alan xəbərdə bildirilir ki, 2 bala və bir anadan ibarət vəhşi pişik ailəsi Antalya, isparta və Burdur bölgələrini əhatələyən Təbiəti Qoruma və Milli Parklar 6-cı Bölgə Müdürlüyünün ərazisinə daxil olan meşəlikdə ortaya çıxıb. “Qaraqulaq” ailəsinin fotosu su kanalından su içərkən çəkilib. Onların ürkək halı da kameranın müşahidəsindən yayınmayıb.
“Qaraqulaq”lar dovşan, gəmiricilər və müxtəlif quş növləri ilə qidalanır. Vəhşi pişiklər ağır çəkilərinə baxmayaraq bütün digər pişiklər kimi yüksəyə tullanıb çevik hərəkətlərlə quşları ovlaya bilmək qabiliyyətinə malikdirlər.
Ön ayaqlarına nisbətdə arxa ayaqları daha uzun və daha güclüdür.
Onlar sayəsində sıçrayış edirlər. Bununla yanaşı vəhşi pişiklər məməlilərlə də çox qidalanır.
“Qaraqulaq”lar köçəri deyil, məskən saldıqları yerdən ayrılmır və ərazilərini qoruyurlar. İldə bir dəfə nəsil artırdıqları məlumdur. Başqa bir məlumatsa bundan ibarətdir ki, Türkiyə Radio və Televiziya Qurumu tərəfindən “qaraqulaqlar” haqqında sənədli film çəkilir. Türkiyə dövlət televiziyası TRT 2 ərzində Burdur bölgəsində çəkiliş aparacaq.
Məlahət