Əsl məqsəd Trampın diqqətini dağıtmaq imiş
Danışıqlarda psixoloji metodlardan istifadə etdiyi bilinən Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramla görüşlərində tərcüməçilik edən xanımın əsl məqsədi üzə çıxıb. 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən “G20” Zirvə toplantısında iştirak edən Putinin yanındakı tərcüməçi qadının məgərsə əsl məqsədi Trampın diqqətini dağıtmaq imiş. Bu qadın latın amerikan rəqsi –salsa rəqqasəsi Darya Boyarskayadır. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, 36 yaşlı Darya Boyarskayaya G20 zirvə toplantısında Trampın diqqətini dağıtmaq vəzifəsi tapşırıldığı barədə Ağ Evin sabiq mətbuat katibi Stefani Grişham yaxın zamanda işıq üzü görəcək kitabında yazıb. Sabiq mətbuat katibi Putinin yanında “tərcüməçilik edən” hündür boylu, uzun ayaqlı, əsmər qadının salsa rəqqasəsi olduğunu yazır. O zaman Putinin yanındakı gözəl qadın ABŞ hökumətinin Rusiya üzrə mütəxəssisi Fiona Hill tərəfindən şübhə ilə qarşılanıb. Grişham kitabında “toplantı başlayanda Fiona mənə tərəf əyilib “Putinin yanındakı cazibədar əsmər qadını fərq etdinmi”, soruşdu. Və bu qadından şübhələndiyini söylədi”, yazır. Boyarskayanı diqqət mərkəzinə gətirən sosial mediada yayılan fotolarıdır. Rəsmi toplantılarda ciddi geyimləri ilə diqqət çəkən gözəlçənin bundan qat-qat artıq çəkiçi fotoları sosial mediada bəyənmə rekoru qırır. Qadın ATƏT Parlament Assambleyası və Xarici İşlər Nazirliyində çalışır, Vyanada mənzilə sahib olduğu da bildirilir. Putinin mətbuat katibi Peskov isə bu iddiaları rədd edərək Boyarskayanın “gizli bir silah” olaraq seçildiyinin doğru olmadığını deyib: “Tərcüməçilər Xarici İşlər Nazirliyi tərəfindən təyin edilir, Putinin bu təyinatlarla əlaqəsi olmur”. Lakin digər bir fakt – eyni qadının 2016-cı ildə Putinlə o dövrün ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı da tərcüməçilik etməsi iddiaların o qədər də yalan olmadığı ehtimalını artırır. Bu iddialar mediaya yayıldıqdan sonra sosial mediada cəlbedici fotolarıyla göz qamaşdıran Boyarskaya instagram hesabını bağlayaraq “tətilə” çıxıb.
Məlahət